Mahsumun filmə çəkəcəyi qızın nənəsi göz yaşına boğuldu


Şou-biznes 01 Avq 2018 17:47:00 270 0

Mahsumun filmə çəkəcəyi qızın nənəsi göz yaşına boğuldu

"Xərçəng" xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın anası Gövhər xanım nəvəsinin Türkiyədə filmə çəkiləcəyi xəbərinə münasibət bildirib.

Son.az yenicag.az-a istinadən bildirir ki, bu barədə açıqlama verən Gövhər xanım 11 yaşlı nəvəsinin  xəbərini eşidəndə ağladığını bildirib:

"Nəvəmə Türkiyədən zəng gəldi ki, Mahsun Kırmızıgülün filminə çəkiləcəksən. Gövhər sevincindən ağladı. Məni qucaqladı ki, nənə, icazə verəcəksənmi gedim? Dedim əlbəttə, verəcəm. Avqust ayında çəkilişlər başlayacaq və nəvəm Gövhər də gedəcək. Sentyabrda isə dərsləri başladığı üçün Bakıya qayıdacaq. "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov nəvəmi xoşbəxt elədi".