İlin birinci yarısında AÇGdən ümumi hasilat 15 milyon ton olub


Digərləri 01 Avq 2018 16:41:00 282 0

İlin birinci yarısında AÇGdən ümumi hasilat 15 milyon ton olub

2018-ci ilin 1-ci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat məsrəfləri və 552 milyon dollar əsaslı məsrəflər xərclənib.

Son.az bildriir ki, BP-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 1-ci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. 6 ay üçün AÇG-dən ümumi hasilat - Çıraq (49 000), Mərkəzi Azəri (158 000), Qərbi Azəri (127 000), Şərqi Azəri (96 000), Dərinsulu Günəşli (107 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə - gündə orta hesabla 596 000 barel və ya ümumilikdə təqribən 108 milyon barel, yəni 15 milyon ton olub.

İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.