Dağbəyi İsmayılovun 70 yaşı tamam olur


Digərləri 01 Avq 2018 13:06:00 364 0

Dağbəyi İsmayılovun 70 yaşı tamam olur

Azərbaycan Mətbuat Şurası Dağbəyi İsmayılovu 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Son.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Dəyərlərin və baxışların dəyişdiyi dövrdə yaşayırıq. Bəzən zamanın çıxardığı hökmlərin amansızlığına şahid oluruq. Elə vaxtlar olur ki, yaxşı bildiyimiz insanlar bu amansızlıq şəraitində simalarını itirərək başqalaşırlar. Jurnalistikada da vəziyyət eynidir. Üstəlik jurnalistika həssas sahədir. Bu məkanda ideya və prinsiplərinə sadiqlik daha çətindir. Ancaq fəxr edə bilərik ki, sıralarımızda mətin keyfiyyətlərin daşıyıcısına çevrilmiş dəyər sahiblərimiz var. Belə dəyər sahiblərindən biri - jurnalistikaya sədaqət nümunəsi olan Dağbəyi İsmayılovun 70 yaşı tamam olur.

Dağbəyi İsmayılov 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Elə həmin il Azərbaycanın mətbuat tarixində xüsusi yerə və rola malik "Bakı"-"Baku" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. Bu yolçuluq 2002-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyində uğurla davam etməkdədir.

AZƏRTAC-ın Baş direktorunun müavini vəzifəsində çalışan yubilyar sözün əsl mənasında sadəlik, səmimilik və alicənablıq nümunəsidir. O, daşıdığı bu keyfiyyətlərlə jurnalistikaya dəyər qazandırmağı bacarmış zirvədir. Bu zirvəyə ucalmaq heç də hər peşə sahibinin görə biləcəyi iş, gedə biləcəyi yol deyil.