Bu sürücülər cərimələnəcəklər


Digərləri 01 Avq 2018 12:33:55 205 0

Bu sürücülər cərimələnəcəklər

İyulun 31-də 2013 və ondan əvvəlki illərin buraxılışı olan minik avtomobillərinin texniki baxışdan keçməsi müddəti bitib.

Son.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kamera vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək.

V.Əsədovun sözlərinə görə, hazırda Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həddindən artıq aktivlik müşahidə olunur: "Bu yaxşı əlamətdir ki, sürücülər texniki baxışdan keçməyə çalışır. Texniki baxışdan keçməyən sürücüləri də dəvət edirik ki, nə qədər ki, şərait yaradılıb, nəqliyyat vasitələrini diaqnostika mərkəzinə təqdim etsinlər. Diaqnostika mərkəzinin əməkdaşları istirahət etmədən çalışırlar".