Sərhədçilər İran və Rusiya ilə sərhəddə külli miqdarda narkotik aşkar etdilər FOTO


Digərləri 01 Avq 2018 11:49:00 299 0

Sərhədçilər İran və Rusiya ilə sərhəddə külli miqdarda narkotik aşkar etdilər  FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən Son.az-a verilən məlumata görə,  29 iyul 2018-ci il tarixdə DSX-nın sərhəd qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazisindən qaçaqmal yolu ilə 3 bağlamadan ibarət 6 qutuda 10 milliqramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli "Mydrax" dərman preparatlarının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

28-31 iyul 2018-cı il tarixlərdə Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində isə Balakən rayonunun Gərəkli, Salban, Zaqatala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massivlərində 13796 ədəd ümumi çəkisi 9 ton 300 kq olan yabanı şəkildə bitmiş çətənə kolları aşkar olunub və müvafiq qaydada aktlaşdırılaraq məhv edilib.

Pünhan Mirzə Son.az


Xəbərə aid fotolar