Güləşçimiz Ülvi Qənizadə Avropa çempionatında qızıl medal uğrunda yarışacaq


Digərləri 01 Avq 2018 09:03:19 309 0

Güləşçimiz Ülvi Qənizadə Avropa çempionatında qızıl medal uğrunda yarışacaq

Romada güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Bakı. Romada güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançıları olub.