FHN dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb


Digərləri 01 Avq 2018 08:25:00 228 0

FHN dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabul rayonu ərazisində ağır yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində "KAMAZ" markalı yük avtomobili ilə "BMW" markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış qadın cəsədi (şəxsiyyəti məlum deyil) deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatıb. 

Qəza nəticəsində BMW minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Onların yaxın qohum olduğu bildirilir.