Şəhriyar Məmmədyarov Bildə keçirilən turnirdə vaxtından əvvəl qalib olub


Digərləri 01 Avq 2018 07:35:00 234 0

Şəhriyar Məmmədyarov Bildə keçirilən turnirdə vaxtından əvvəl qalib olub

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən turnirdə vaxtından əvvəl qalib olub.

Son.az Trend-ə istinadən bildirir ki, Məmmədyarov turnirin sonuna bir tur qalmış qalib olub. Doqquzuncu turda ağ fiqurlarla şahmatçımız norveçli Maqnus Karlsenə qalib gəlib.

Beləliklə, Məmmədyarov 7 xal toplayaraq vahid liderə çevrilib. Cədvəldə onun ardınca Karlsen və Svidler (5 xal), Vaşye-Laqrav (4,5 xal), Navara (4 xal) və Georgiadis (1,5 xal) gəlir.