İspaniya və Fransanı sualtı elektrik xətti birləşdirəcək


Digərləri 31 İyl 2018 22:37:00 325 0

İspaniya və Fransanı sualtı elektrik xətti birləşdirəcək

İspaniya, Fransa və Portuqaliya Biskay körfəzində dənizin dibindən elektrik xəttinin çəkilməsinə dair razılaşma əldə ediblər. Pireney yarımadası ölkələri bu irimiqyaslı layihənin köməyi ilə energetika sisteminin təcridinə son qoymaq istəyirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, üç ölkənin liderləri Lissabon sammitində görüşərək Fransa və İspaniya arasında 370 kilometr uzunluğunda sualtı xəttin çəkilməsinin birgə maliyyələşdirilməsi barədə saziş imzalayıblar. Avropa Komissiyası elektrik xəttinin çəkilməsinə 578 milyon avro ayıracaq. Layihənin büdcəsinin təqribən 30 faizini təşkil edən həmin vəsait Avropa İttifaqında energetika layihəsinə yatırılan ən böyük məbləğdir.

Elektrik xəttini 2025-ci ildə istifadəyə vermək planlaşdırılır. Bu, Fransa ilə İspaniya arasında elektrik enerjisi dövriyyəsini iki dəfə artıracaq.