Çaylarda sululuq səviyyəsi açıqlanıb


Digərləri 31 İyl 2018 22:28:32 238 0

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Bakı. Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 25-50, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib. Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyulun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 77 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s olmaqla, ongünlük normanın 149 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 26,5 m3/s təşkil edərək ongünlük normanın 30 faizinə bərabər olub.