Gürcüstanda marixuana istifadəsi leqallaşırmı?


Digərləri 31 İyl 2018 22:05:00 250 0

Gürcüstanda marixuana istifadəsi leqallaşırmı?

Gürcüstan Konsitutsiya məhkəməsi marixuananın istifadəsinə görə tətbiq olunan sanksiyaları ləğv edib, bu barədə məlumatı Gürcüstanın İcitmai televiziyası yayıb.

"Gürcüstan Konstitusiya Məhkəməsi "Girçi" partiyasının üzvləri Zurab Japaridze və Vaxtanq Megrelişvilinin şikayətini qəbul edib və tibbi tələb olmadan marixuana istifadəsinə qarşı bütün sanksiyaları konstitusiyaya zidd elan edib"- Gürcüstan Kontitutsiya məhkəməsinin qərarında belə deyilir.

Sosial mediada bu mövzu ən çox müzakirə olunan mövzulardandır və bu qərardan sonra marixuana istifadəsini tənzimləyən qanunun qəbul edilməsi gözlənilir.

Mövzu ilə bağlı şərh yazan gənclər deyir ki, hazırda olan qanunvericiliyə görə, marixuananın ictimai yerlərdə istifadəsi mümkündür çünki, məhkəmənin qərarı ilə buna görə tətbiq olunan cərimələr ləğv olundu.