Bu sürücüləri 300 manata kimi cərimə gözləyir VAXT TAMAM OLDU VİDEO


Digərləri 31 İyl 2018 21:02:00 211 0

Bu sürücüləri 300 manata kimi cərimə gözləyir  VAXT TAMAM OLDU  VİDEO

Sabahdan etibarən xarici dövlətlərdə istehsal edilən və müddəti çatmasına baxmayaraq avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimələnəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, nəzərdə tutulan müddətin son tarixi olduğu üçün bu gün Baş Dövlət Yol Polisi İdarəsinin Zabratda yerləşən müayinə mərkəzinin qarşısında izdiham yaşanıb.

Müayinə mərkəzinin qarşısında çox sayda avtomobil dayanıb.

Müayəinə mərkəzindən verilən məlumata görə, yoxlanışı son günə saxlayan sürücülərin maşınında nasazlıq aşkarlandıqda onlar daha çox növbə gözləmli olurlar.