İstilik sistemlərinin qiyməti ucuzlaşıb VİDEO


Digərləri 31 İyl 2018 21:03:00 259 0

İstilik sistemlərinin qiyməti ucuzlaşıb  VİDEO

Tələbat azaldığı üçün istilik sistemləri və su qızdırıcılarının qiyməti ucuzlaşıb. Əsas ucuzlaşma kombilərdə müşahidə olunur. Qiymətlərdə təxminən 10 faiz fərq var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, istilik sistemlərinin qiyməti qış ayları ilə müqayisədə indi daha münasibdir.

Mağazalarda olan müxtəlif növ su qızdırıcıları və istilik sistemlərinə tələbat az olduğu üçün alıcılara daha ucuz qiymətə təklif olunur. Əsas endirim isə kombilərdə hiss olunur.

Su qızıdırıcılarının da qiymətində müəyyən qədər ucuzlaşma var. Lakin kombilər ilə müqayisədə bunlarda fərq çox deyil.