Qəbələdə göldə 1 nəfər batıb


Digərləri 31 İyl 2018 17:30:00 250 0

Qəbələdə göldə 1 nəfər batıb

Qəbələnin Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batıb.

Bakı. Qəbələnin Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.