Dünyaca məşhur Robot Sophia Azərbaycan milli geyimində Bakıda çıxış edəcək


Digərləri 31 İyl 2018 17:20:00 276 0

Dünyaca məşhur Robot Sophia Azərbaycan milli geyimində Bakıda çıxış edəcək

“Global Influencer Day” konqresində dünyaca məşhur Robot Sophia Azərbaycan milli geyimində çıxış edəcək.

Bakı. 27-28 oktyabr tarixlərində FA International Trade Events və Keepface DMCC şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” konqresində dünyaca məşhur Robot Sophia Azərbaycan milli geyimində çıxış edəcək. Trend-in məlumatına görə, medianın sevimlisinə çevrilən Sophia haqqında xəbərlər 2017-ci il ərzində 10 milyard dəfə oxunub və izlənilib. Məşhur moda jurnallarından birinin də üz qabığında yer alan Sophia, Bakı Konqress Mərkəzində baş tutacaq “Global İnfluencer Day” tədbirində spiker olaraq çıxış edəcək. Dünyaca məşhur qlobal şirkətlərin nümayəndələrinin iştirak edəcəyi konqresdə 3500 nəfər iştirakçı nəzərdə tutulub. Hər kəsin iştirak edə biləcəyi tədbirdə biznes sahibləri, CEO-lar, marketinq və PR qurumların rəhbərləri, marketing və brend menecerlər, məşhurlar, makro və mikro “influencer”lar və media nümayəndələri iştirak edəcək.