Bakı metrosunda stansiyaya çatmamış qatarın qapıları açıldı VİDEO


Digərləri 31 İyl 2018 16:05:00 281 0

Bakı metrosunda stansiyaya çatmamış qatarın qapıları açıldı  VİDEO

"Bakı Metropoliteni" QSC-də maşinist hüdud xəttinə çatmadan qatarı sərnişinlərin minib-düşməsi üçün saxlayıb.

Son.az xəbər verir ki, məlumatı report-a təsdiqləyən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin maşinist barəsində araşdırma başlayıb.

B.Məmmədovun sözlərinə görə, hazırda hadisə təhlil edilir və maşinist məsələni izah etmək üçün dəvət ediləcək:

"Hadisə bu gün səhər saat 08:29-da metronun "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən 6 saylı qatarda baş verib. Maşinist qatarı hüdud xəttinə çatmadan saxlayıb. Araşdırmalar aparılır və maşinist izahat üçün dəvət ediləcək. Tez bir zamanda hadisə ilə bağlı yekun qərar veriləcək".