"Azərbaycanda dini inanclara heç bir məhdudiyyət yoxdur"


Digərləri 31 İyl 2018 15:52:00 240 0

"Azərbaycanda dini inanclara heç bir məhdudiyyət yoxdur"

"Azərbaycanda guya dindarlara qarşı təzyiqlərin edilməsi ilə bağlı sosial şəbəkələrdə aparılan təxribat xarakterli kampaniya din pərdəsi altında gizlənmiş radikal qrupların əməlidir".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu gün Azərbaycanda dünyaya nümunə olacaq dövlət-din modeli mövcuddur:

"Azərbaycanda vətəndaşların dini baxışlarına, inanclarına böyük hörmətlə yanaşılır. Bu gün Azərbaycanda bütün dinlərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Ölkədə çoxlu sayda məscidlər mövcuddur. Bu məscidlər dövlət tərəfindən təmir olunur, çoxlu sayda yeni məscidlər tikilib, ölkədə bütün dini bayramların, mərasimlərin keçirilməsi, insanların ibadətlərini etməsi üçün hər cür şərait yaradılıb".