Altıağac Milli Parkının ərazisinə keçən yanğın söndürülüb


Digərləri 31 İyl 2018 15:15:00 308 0

Altıağac Milli Parkının ərazisinə keçən yanğın söndürülüb

Hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir

Bakı. Altıağac Milli Parkının ərazisinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin aviasiya dəstəsinin qüvvələrinin səyləri nəticəsində ötən gün gecə saatlarında söndürülüb. ETSN-dən Trend-ə verilən məlumata görə, hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstəriblər. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.