DANX avtobuslarda gediş haqqının artırılmasına aydınlıq gətirdi


Digərləri 31 İyl 2018 15:04:00 272 0

DANX avtobuslarda gediş haqqının artırılmasına aydınlıq gətirdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtobuslarda gediş haqqının artırılması məsələsinə aydınlıq gətirib.

Bakı. Elçin Mehdiyev - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobuslarda gediş haqqının artırılması məsələsinə aydınlıq gətirib. Xidmətdən Trend-ə daxil olan məlumatda bildirilir ki, qurum Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir: "Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir. Sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub.