Kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb


Digərləri 31 İyl 2018 14:53:24 320 0

Kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş.Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.

Bakı. Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş.Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, iyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.