Azərbaycan bu ilin noyabrında keçiriləcək “Müasir və dünyəvi ölkədə İslam“ adlı beynəlxalq konfransa dəvət alıb (FOTO)


Digərləri 31 İyl 2018 14:42:00 229 0

Azərbaycan bu ilin noyabrında keçiriləcək “Müasir və dünyəvi ölkədə İslam“ adlı beynəlxalq konfransa dəvət alıb (FOTO)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb.

Bakı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədri iki ölkə arasında münasibətlərin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığını bildirib. Mübariz Qurbanlı Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən, multikultural mühitdən, digər dinlərin nümayəndələrinə qarşı tolerant münasibətdən, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, eləcə də mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlərdən ətraflı söz açıb. Söhbət zamanı günümüzdə dindən sui-istifadə hallarının artdığını deyən Dövlət Komitəsinin sədri radikal ünsürlərə qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.