İŞİD Tacikistanda turistləri öldürdü VİDEO


Dünya 31 İyl 2018 13:47:00 252 0

İŞİD Tacikistanda turistləri öldürdü  VİDEO

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Tacikistanda əcnəbi turistlərin qətlə yetirilməsiniən görə məsuliyyəti boynuna alıb.

Son.az SİTE-yə istinadən bildirir ki, bu barədə terror təşkilatının sosial şəbəkələrdəki profilləri məlumatlar yayıb.

İŞİD-in "rəsmi informasiya agentliyi" sayılan AMAQ bəyanatı təsdiqləyib.

İnsident iyulun 29-da, Tacikistandakı Danqara qəsəbəsinin yaxınlığında yaşanıb.

Velosipedlərdə hərəkət edən əcnəbi turistləri sürətlə yaxınlaşan maşın vurub. Maşından düşən sürücü və sərnişinlər yaralı turistləri odlu silahlarla, bıçaqlarla qətlə yetriblər.