Şok kadrlar: timsah təlimçini parçalamaq istədi VİDEO FOTO


Digərləri 31 İyl 2018 13:40:00 271 0

Şok kadrlar: timsah təlimçini parçalamaq istədi  VİDEO  FOTO

Hər gün olduğu kimi, bu dəfə də başını timsahın geniş açılmış ağzına qoyaraq ölümcül riskli tryuku göstərmək istəyən təlimçi əməlinə peşman olub. Timsah qəflətən hücuma keçib və təlimçini parçalamaq istəyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Taylandın şimalındakı Çianqray şəhərində, "Phokkathara Zoo" zooparkında yaşanıb.

45 yaşlı təlimçi Tao hər gün timsahlarla şou göstərirdi.

Şounun elementlərindən biri də Taonun yerə uzanaraq başını timsahın ağzına, nəhəng dişlərinin arasına qoyması idi.

Həmişə olduğu kimi, əli ilə timsahın dilinə toxunaraq onun "hazırlığını" yoxlamaq istəyən Tao bu dəfə ölümdən güclə qurtulub.


Xəbərə aid fotolar