Bakıda məscidə bitişik tikili yandı


Digərləri 31 İyl 2018 11:42:00 324 0

Bakıda məscidə bitişik tikili yandı

Bakının Sabunçu rayonunda yanğın olub.

FHN-dən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 80 m² olan tikilinin yanar konstruksiyaları yanıb.

Bitişik məscid yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.