Tramp ümid edir ki, İtaliya TAPın tikintisini yekunlaşdıra biləcək


Digərləri 31 İyl 2018 11:06:00 252 0

Tramp ümid edir ki, İtaliya TAPın tikintisini yekunlaşdıra biləcək

ABŞ prezidenti Donald Tramp İtaliyanın Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərini (TAP) tikib yekunlaşdıracağına ümid edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Vaşinqtonda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ Prezidenti bildirib: "Boru kəmərinə gəlincə, mən rəqabətqabiliyyətli boru kəməri görmək istərdim. Cənab Baş nazir, mən ümid edirəm ki, siz bu rəqabətqabiliyyətli boru kəmərini tikə biləcəksiniz".