Bakıda “Dəniz kuboku-2018” beynəlxalq yarışları başlayır


Digərləri 31 İyl 2018 11:09:02 269 0

Bakıda “Dəniz kuboku-2018” beynəlxalq yarışları başlayır

Bu gün “Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Bakı. Samir Əli - Bu gün “Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. Trend-in məlumatına görə, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib ki, “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq. Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.