Bakıda qadına daş parçası ilə xəsarət yetirərək qızıl sırğasını alan şəxs saxlanılıb (FOTO)


Digərləri 31 İyl 2018 10:50:51 205 0

Bakıda qadına daş parçası ilə xəsarət yetirərək qızıl sırğasını alan şəxs saxlanılıb (FOTO)

Paytaxtın Nizami rayonunda qadına qarşı quldurluq edilib.

Bakı. Paytaxtın Nizami rayonunda qadına qarşı quldurluq edilib. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verib. DİN-dən Trend-ə verilən məlumata görə, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib. Məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adıgözəlov Azər Ağa oğlu saxlanılaraq istintaqa təqdim olunub.