Lənkəranda avtomobillərdən və mağazadan oğurluq edən şəxs saxlanılıb


Digərləri 31 İyl 2018 10:24:56 201 0

Lənkəranda avtomobillərdən və mağazadan oğurluq edən şəxs saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən və mağazadan oğurluq edən şəxs saxlanılıb.

Bakı. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən və mağazadan oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə şəhər sakini N. Kazımlı Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək işlədiyi mağazadan özünə məxsus 480 manat dəyərində “Samsung” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Həmin oğurluğu törədən şəxsin rayonun Göyşaban kənd sakini Bilal Verdiyev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra oğurladığı mobil telefon ondan maddi sübut kimi götürülüb. Bundan başqa Lənkəran ŞRPŞ və DİN-in Kriminalistik Tədqiqatlar idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı B.Verdiyevin digər oğurluq əməlləri də üzə çıxıb.