“Facebook” internetin paylanması üçün peyk buraxacaq


Digərləri 31 İyl 2018 08:25:00 307 0

“Facebook” internetin paylanması üçün peyk buraxacaq

"Facebook" sosial şəbəkəsi Yer kürəsinin çətinliklə gedilə bilən guşələrinin internetlə təmin olunması təşəbbüsünü irəli sürüb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

"Hazırda yeni "Athena" ("Afina") internet-peykinin yaradılması ilə bağlı ciddi tədbirlər görülür. İndi biz layihə haqqında konkret danışa bilmirik, lakin belə düşünürük ki, peyk texnologiyaları növbəti nəslin genişzolaqlı internet infrastrukturunun inkişafında vacib rol oynayacaq. Belə ki, peyk şəbəkəyə girişin məhdudlaşdırıldığı və ya heç olmadığı ucqar kəndləri internetlə təmin edəcək" - deyə qeyd olunur.