Qanunsuz kabel televiziyası ilə bağlı pozuntular hələ kifayət qədərdir


Digərləri 31 İyl 2018 08:07:00 264 0

Qanunsuz kabel televiziyası ilə bağlı pozuntular hələ kifayət qədərdir

Azərbaycanda qanunsuz kabel televiziyalarına qarşı tədbirlərin görülməsi müntəzəm şəkildə davam edir.

Bunu özəl olaraq Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, hələki bu sahədə pozuntular kifayət qədərdir:

"Düzdür, Azərbaycanda inkişaf getdikcə bu sahədə də pozuntular azalır. Artıq tikinti sahibləri özləri də başa düşürlər ki, binalarda qeyri-qanuni kabel televiziyalarının yayımlanmasındansa, qanuni şəkildə yayımlanması daha doğru olardı. Çünki qanuni kabel televiziyalarının olması orada yaşayan əhali üçün də bir üstünlükdür. Ona görə də, onlar da getdikcə qanun pozuntularını azaldırlar. Dəqiq rəqəm deyə bilmərik, ancaq bu sahədə pozuntular kifayət qədərdir".