Zukerberq mövqeyini itirdi


Digərləri 31 İyl 2018 07:41:00 263 0

Zukerberq mövqeyini itirdi

"Bloomberg" agentliyinin versiyasına görə, "Facebook"un təsisçisi Mark Zukerberq dünyanın ən zəngin insanları reytinqində üç mövqe geriləyib. O, şirkətinə məxsus aksiyaların dəyərinin kəskin azalması fonunda 17 milyard dollar itirərək sözügedən reytinqdə 3-cü yerdən 6-cı yerə geriləyib.   Son.az ICTnews-a istinadən bildirir ki, bundan əvvəl iş adamının varidatı 86,5 milyard dollar məbləğində qiymətləndirilirdi, indi isə onun varidatı 70,6 milyard dollar təşkil edir.   O, dünyanın ən zəngin insanları reytininqdə amerikalı investor Uorren Baffett, Fransanın "Louis Vuitton Moët Hennessy" şirkətlər qrupunun prezidenti Arno Bernar və İspaniyanın "Inditex" firmasının sahibi Amansio Orteqadan geridə olub.