Əbu-Dabidə yol qəzası: ölən və yaralananlar var


Digərləri 31 İyl 2018 02:05:00 305 0

Əbu-Dabidə yol qəzası: ölən və yaralananlar var

Birləşmiş Ərəb Əmirliklərində yol qəzası nəticəsində 3 nəfər ölüb, 44 insan xəsarət alıb

Bakı. Birləşmiş Ərəb Əmirliklərində yol qəzası nəticəsində bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb. Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Əbu-Dabidə fəhlələri daşıyan avtobus minik avtomobilinə, həmin nəqliyyat vasisəti isə öz növbəsində mikroavtobusa çırpılıb. Avtobus bir neçə dəfə aşaraq metal maneələrə çırpılıb. Nəticədə 3 nəfər ölüb, 44 nəfər xəsarət alıb.