İctimai çimərliklərin sayı azalır Vətəndaşlar özəl çimərliklərə getməyə məcburdur VİDEO


Digərləri 30 İyl 2018 23:42:00 245 0

İctimai çimərliklərin sayı azalır  Vətəndaşlar özəl çimərliklərə getməyə məcburdur  VİDEO

Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Odur ki, istirahət etmək istəyənlərin əksəriyyəti müəyyən məbləğ ödəməklə özəl çimərliklərə getməyə məcbur olurlar.

Son.az bildirir ki, söhbət hamı üçün nəzərdə tutulan və istirahət üçün heç bir ödəniş tələb edilməyən ictimai çimərliklərdən gedir. Paytaxt sakinləri düşünürlər ki, belə çimərliklərin sayı durmadan azalır.

Barmaqla sayılacaq qədər az olan belə çimərliklərin durumu da sözün əsl mənasında acınacaqlıdır. Çünki bu çimərliklərdə təmizliyə nəzarət və riayət edilmir.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, ictimai çimərliklərin sayının az olması birbaşa ölkəyə olan turist axınına mənfi təsir edən amildir. Onun sözlərinə görə, ictimai çimərliklərin yaradılmasına və ona nəzarətə ciddi ehtiyac var.