Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin! Faydaları


Digərləri 30 İyl 2018 22:35:00 295 0

Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin!  Faydaları

Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var.

Balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir.

- Son.az saglamolun.az-a istinadən bildirir ki, qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir.

- Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır.

- Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir.

- Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur.

- Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir.