Tanınmış bədihəçi ölümlə üzüzə qaldı: "Allaha yalvarırdım ki çətinliklər..." FOTO


Şou-biznes 30 İyl 2018 21:05:00 315 0

Tanınmış bədihəçi ölümlə üzüzə qaldı: "Allaha yalvarırdım ki çətinliklər..."  FOTO

Tanınmış bədihəçi şair Namiq Mənanın Son.az-a müsahibəsi.

- Namiq müəllim, sayılıb-seçilən söz ustadı kimi sizi həmişə dinləyirik. Həm də Azərbaycan Yazıçılar Birliyinin Qubadlı Regional Bölməsində sədrsiniz. Hal-hazırda daha çox sənətə vaxt ayıra bilirsiniz, yoxsa oradakı tədbirlərə?

- İnsan öz işindən zövq alanda işlərin çoxluğu onu yormur. Əksinə, gördüyü işlərdən zövq alır.

- Sədr seçilməyiniz bir çox söz-söhbətlərə yol açdı. Bu söz-söhbətlərə səbəb nə idi?

- Bəli, sədr seçilməyim birmənalı şəkildə qarşılanmadı. Hər bir fikir bildirən insana təşəkkürümü bildirirəm ki, dəyərli vaxtını ayırıb, fikir bildirib. Mən olsaydım, şəxsən 5-6 ay gözləyərdim ki, o insan özünü işi ilə sözün yaxşı mənasında göstərsin, sonra fikir bildirim. Sadəcə olaraq bəzi insanlar mənim haqqımda fikir bildirməyə tələsdilər. 

- Bir sədr kimi təmsil etdiyiniz bölmədə nə kimi işlər görürsünüz?

- Yaddan çıxan, unudulan, hal-hazırda yaşayan şairlərimizə, yazarlarımıza diqqət göstəririk, onlarla görüşlər keçiririk. Məsələn  uşaq ədəbiyyatının şairi olan, yazıçı, publisist,  Rafiq Yusifoğlu ilə bir neçə görüşlər keçirdik. Onun şeirləri üzərində kompozisiyalar qurduq. Qubadlı regional bölməsində dərnək yaratmışıq. Bura biz istedadlı gəncləri cəlb edirik, istər qiraət sahəsində, istərsə də aktyorluq. 5 ayın içərisində 100-ə yaxın şairlə görüş keçirmişik. Bu insanlar o şəxslərdir ki, Sumqayıtda biləvasitə ədəbi- bədii mühitin yaranmasında yaxından iştirak ediblər. Həm də biz burada şəhidlərin ölümlərini ölümsüzləşdiririk, dərnəyimizin üzvləri ilə kiçik səhnəciklər göstəririk. İnandırım sizi ki, bu səhnəciklər hamını göz yaşlarına boğur. Bir sıra hərbi hissələrdə görüşlərimiz olur. Azərbaycan Yazıçılar Birliyinin sədri, hörmətli Anar müəllimlə Beyləqanda tədbirdə olduq. Çox yüksək səviyyədə Anar müəllimi burada qarşıladılar. Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif müəllim ədəbi-bədii mühitə çox böyük önəm verir. Sağ olsun Anar müəllimin də bizə çox böyük dəstəyi var. İrəlidə hələ çox gözəl işlər bizi gözləyir.

- Sədr seçilməyiniz sizi toylardan, el şənliklərindən uzaq salmayıb?

- Xeyr, məclislərdə, el şənliklərində də iştirak edirəm. Bu mənim işlərimə heç bir mane olmur. Bizim dəyərli sənətkarlarımız var ki, onlar həm el şənliklərinə gedir, həm də pedaqoq kimi fəaliyyət göstərirlər. Bu əksinə mənə stimul verir. Bu sahənin o biri sahəyə heç bir maneçiliyi yoxdur.

- Nə vaxtsa söz qarşısında aciz qalmısınız?

- Sözdən yaxşı istifadə edən şairin şeirini oxuduqda təbii ki, o söz məni tutub.  Məsələn bizim görüşlərdən birində professor Rafiq Yusifoğlu bir şeir yazmışdı. Şeir şüşə haqqındadır. Sevdiyinə deyir ki, "Mənim şüşə ürəyimlə oynama gözəl, əlini kəsərsən". Burda da sevgilisinin qeydinə qalır ki, birdən əli kəsilər. Yaxşı şeir, yaxşı söz istər-istəməz adamı xəyallara aparır, sözü duyur. O anda insanın nitqi tutulur. Ramiz Rövşəni oxuduqca, həmsöhbət olduqca insanı biixtiyar vadar edir ki, susub ona qulaq asasan. 

- Zaman-zaman bədihə-meyxana cəbhəsində sənət yoldaşlarınızla mübahisələriniz olub. Bu günkü gündə münasibətləriniz necədir?

- Mənim bütün sənət yoldaşlarımla münasibətim yaxşıdır. El şənliklərində rastlaşırıq, zəngləşirik. O ki, qaldı bədihə məsələsinə... Mən bunu alimlərin, şairlərin fikirlərinə söykənib deyirəm. Bu mənim öz fikrim deyil. Bu janr şifahi xalq ədəbiyyatının bir qoludur. Bədahətən söz demək, şeir söyləmək çox çətindir.

- Hansı meyxanaçı dostlarınızın ölümündən böyük sarsıntı keçirmisiniz?

- Bayram Kürdəxanılı, Məşədi Baba. Onlar çox böyük istedada malik idilər.

- Söz ustadlarında ilk öncə hansı xüsusiyyətlər özünü cəmləməlidir?

- İlk öncə onlar özlərinə hörmət edib, əxlaqi keyfiyyətləri ilə seçilməlidirlər. Söz ustadları özlərinə məsuliyyətli, ciddi yanaşmalıdılar. Təbii ki, bunun fövqündə istedad da dayanmalıdır. İstedad da müxtəlif cür olur, həm fitri istedad olur, həm də sonradan yaranmış istedad.

- Bu sənət qısqanclıqlarla, paxıllıqlarla doludur. Bir müddət əvvəl hətta sizi öldürmək istədiklərini, yeməyinizə mismar atdıqlarını da bildirmişdiniz. 

- Bəli, 1992-ci ildə yeməyimə mismar atmışdılar. Allaha yalvarırdım ki, çətin günlər tez keçib getsin. Allah qoruyan bəndəsini heç kim yıxa bilməz. İnsənətimizdə, mədəniyyətimizdə qısqanc, paxıl insanlar həmişə olub, olacaq da.

- Qadınların bədihə deməyinə necə baxırsınız?

- Yaxşı baxıram, təbii ki, əndazədən kənara çıxmasalar. Ədəbiyyatımızda tarixi faktlar var ki, Xurşudbanu Natəvan, Məhsəti Gəncəvi bədahətən şeir demək bacarığına malik olublar. O janrın daşıyıcısından çox şey asılıdır ki, baxır onu cəmiyyətə necə çatdırır. 

- Oğlunuz Məna Əliyev də sizin sənətinizi davam etdirir. Onun istedadını uşaqlıqdan görmüşdünüz yoxsa sonradan yarandı?

- Mənanın istedadını uşaqlıqdan görmüşdüm, amma istəmirdim ki, o bu sahədə olsun. Sadəcə olaraq özündə olan böyük həvəs onu bu sənətə gətirdi. Onun ifaları da, musiqisi də, sözləri də sırf özünə məxsusdur. İstedadına görə ona mane olmadım. Mənanın ifalarının sosial şəbəkələrdə ən azı 2-3 milyon baxışı var. 

- Elə bir sənət dostunuz olubmu ki, onunla bir məclisdə dəyişməkdən imtina etmisiniz?


Xəbərə aid fotolar