Məşhur cərraha Gürcüstan prezidenti olmaq təklif edildi


Digərləri 30 İyl 2018 20:25:00 225 0

Məşhur cərraha Gürcüstan prezidenti olmaq təklif edildi

Rusiyada məşhur olan cərrah Leo Bokeriyaya Gürcüstan prezidenti olmaq təklif edilib.

Son.az report.az-a istinadən bildirir ki, "Rustavi 2"nin baş direktoru Nika Qvaramiya "Aktsentı" verilişində ölkənin keçmiş baş naziri, hakim "Gürcü arzusu" partiyasının rəhbəri Bidzina İvanişvilinin L.Bokeriyaya prezidentliyə namizəd olmağı təklif etdiyini bildirib.

Onun sözlərinə görə, İvanişvili Gürcüstan vətəndaşı olmayan və faktiki olaraq, Gürcüstanda yaşamayan və buna görə də prezident ola bilməyəcək Bokeriyaya hər şeyi yoluna qoyacağı vədi verib.