Bu il tibb müəssisələrindən kənar 21 doğuş qeydə alınıb


Digərləri 30 İyl 2018 19:42:00 292 0

Bu il tibb müəssisələrindən kənar 21 doğuş qeydə alınıb

Cari ilin 6 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya 2612 olub.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, bu müddət ərzində tibb müəssisəsindən kənar doğuşların sayı 21 olub ki, hamısı hospitalizasiya olunub.

Məlumatda bildirilir ki, bu ilin 6 ayı ərzində tibb müəssisəsindən kənar doğuşların sayında 36 nəfər azalma qeydə alınıb. Hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilmiş, ünvana polis əməkdaşları dəvət olunub.