Yeni iş yerləri


Digərləri 30 İyl 2018 19:18:00 281 0

Yeni iş yerləri

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə işə qəbul üzrə növbəti müsabiqə keçiriləcək.

Bu barədə Son.az-a Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlik sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədilə məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.