Hərbçilərimiz Gürcüstanda keçirilən təlimdə iştirak edəcək


Digərləri 30 İyl 2018 18:45:00 226 0

Hərbçilərimiz Gürcüstanda keçirilən təlimdə iştirak edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində keçiriləcək "Layiqli Tərəfdaş 2018" (Nobel Partner 2018) çoxmillətli təlimində iştirak edəcəklər.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təliminin məqsədi NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir.