Qubada dağlıq ərazidə yanğının söndürülməsinə helikopterlər cəlb olunub


Digərləri 30 İyl 2018 18:01:00 297 0

Qubada dağlıq ərazidə yanğının söndürülməsinə helikopterlər cəlb olunub

Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Bakı. Quba rayonunun Çayqışlaq yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.