Ramin Hacılının həbs müddəti uzadıldı


Digərləri 30 İyl 2018 16:29:00 341 0

Ramin Hacılının həbs müddəti uzadıldı

Nərimanov Rayon Məhkəməsində QHT rəhbəri Ramin Hacılının barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Son.az APA-ya istinadən bildirir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

R. Hacılının barəsində həbs qətimkan tədbiri 2 ay 15 gün müddətinə uzadılıb.

İstintaq orqanı tərəfindən Ramin Hacılıya əlavə ittihamlar elan edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Dövlət Sərhədi Xidmətinin (DSX) sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhə­dinin pozulmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı - 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.