“Renessans Palace” yaşayış kompleksi “Qorunan həyət” konsepsiyasını təqdim edir (FOTO)


Digərləri 30 İyl 2018 16:03:00 446 0

“Renessans Palace” yaşayış kompleksi “Qorunan həyət” konsepsiyasını təqdim edir (FOTO)

Yasamal rayonunun seçilən yaşayış kompleksi “Renessans Palace” 1,5 hektarlıq ərazisini “Qorunan həyət” konsepsiyası ilə təqdim edir.

Bakı. Yasamal rayonunun seçilən yaşayış kompleksi “Renessans Palace” 1,5 hektarlıq ərazisini “Qorunan həyət” konsepsiyası ilə təqdim edir. Dörd binanın həyəti kənardan girişlərə qapadılaraq yalnız sakinlərin istirahəti üçün aktiv zona kimi nəzərdə tutulub. Burada yaşıllıq, ağaclar, xüsusi qaçış və velosiped zolaqları, voleybol və basketbol meydançası, tennis kortu, uşaqlar üçün oyun meydançaları, velo parkinq əhalinin ixtiyarında olacaq. Kompleksin aşağı mərtəbələrində fəaliyyət göstərəcək kommersiya obyektlərinin belə daxili parka çıxışı olmayacaq.