Hindistandan 4 milyon insan deportasiya oluna bilər


Dünya 30 İyl 2018 13:52:00 248 0

Hindistandan 4 milyon insan deportasiya oluna bilər

Hindistanın Assam ştatında yaşayan, təqribən, 4 milyon insan ölkədə qalmaq hüququnu təsdiqləyən sənədi hökumət orqanlarına təqdim edə bilməyəcəyi halda deportasiya olunmaq riski ilə üzləşib.

Son.az report-a istinadən xəbər verir ki, yenilənmiş qeydiyyat siyahıları ştatda bu qədər çox insanın yaşayışının qanuni olub-olmaması məsələsini araşdırmaqla bağlıdır. Siyahıların yenilənməsi ilk dəfə 1951-ci ildə qonşu Banqladeşdən qanunsuz miqrant axını yaşadıqdan sonra baş tutub.