Siyəzəndə başlayan yanğın Şabran və Quba rayonlarına keçib,


Digərləri 30 İyl 2018 13:10:00 328 0

Siyəzəndə başlayan yanğın Şabran və Quba rayonlarına keçib,

Siyəzən rayonunda başlayan yanğın Şabran və Quba rayonlarının ərazisinə keçib.

Son.az report-a istinadən xəbər verir ki, Şabran rayonunun Dağ Bilici kəndi istiqamətindən Quba rayonunun Çiçi kəndi istiqamətindəki dağ-meşə massivində yanğın başlayıb. 

Təxminən, 1000 hektara yaxın ərazini əhatə edən yanğın zamanı meşədə heyvanlar və quşlar tələf olub, təbiətə ziyan dəyib.

Hazırda yanğınsöndürənlər və kənd sakinləri tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində işlər görülür. 


Xəbərə aid fotolar