Norm şirkəti müsabiqənin qaliblərini mükafatlandırdı


Digərləri 30 İyl 2018 12:45:00 279 0

Norm şirkəti müsabiqənin qaliblərini mükafatlandırdı

Norm Sementin 2018 Futbol üzrə Dünya Çempionatının oyunlarına həsr edilmiş müsabiqəsinin yekun hesabat tədbiri 23 iyul 2018-ci ildə, JW Marriott Abşeron otelində baş tutdu. Daim müştərilərinə diqqət və qayğısı ilə seçilən Norm şirkəti  rəhbərliyinin qərarına əsasən, qaliblərin iş qrafikləri ilə üst-üstə düşməməsi üçün tədbir axşam saatlarında keçirildi.

Hesabat tədbirinə qaliblərlə yanaşı, yazılı mətbuat işçiləri və 1 ay davam edən müsabiqə dövründə Norm Sementə və iştirakçılara yaxından dəstək olan İctimai Televiziya kanalının əməkdaşları da dəvət edilmişdi. Şirkətin İctimaiyyətlə əlaqələrdən məsul əməkdaşının salamlama nitqi ilə tədbir açıq elan edildi, daha sonra iştirakçılara Norm Sement zavoduna dair informativ video təqdim edildi və təbrik üçün söz şirkətin Baş direktoru Henning Sasseyə verildi. Futbol dünyasına aid müsabiqənin qaliblərini "Dünya Çempionatının qalibləri" adlandıran cənab Sasse onları təbrik etdi və xoş arzularını dilə gətirdi. 

Müsabiqə zamanı DÇ-nın qrup mərhələsində qalib olmuş 31 şəxs 300 azn dəyərində İdman mağazasına kupon, 1/8  mərhələsinin 8 qalibi 500 azn dəyərində Sağlamlıq və əyləncə mərkəzinə kupon, 1/4 mərhələsinin 4 qalibi 800 azn dəyərində Elektronika mağazasına kupon, yarım final oyununun 2 qalibi və 3-cü yer uğrunda mübarizə oyununun 1 qalibi 1000 azn dəyərində səyahət kuponu, Final oyununun qalibi isə 2000 azn dəyərində səyahət kuponu qazandılar. Baş direktor tərəfindən təqdim edilən hədiyyələrin sahibləri öz çıxışlarında sevinc və təşəkkürlərini ifadə etdilər. Tədbirdə həmçinin İTV-nin əməkdaşı, Bol Futbol verilişinin aparıcısı Sevinc Eminzadəyə söz verildi. Aparıcı öz çıxışında bənzəri olmayan bu layihə üçün Norm şirkətinə səmimi təşəkkürlərini bildirdi və qaliblərə təbriklərini çatdırdı. 


Xəbərə aid fotolar