6 yaşlı uşağı elektrik cərəyanı vurub öldürdü


Digərləri 30 İyl 2018 12:03:00 284 0

6 yaşlı uşağı elektrik cərəyanı vurub öldürdü

Bərdə rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Dəymədağıldı kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü Pünhan Kərimov atası Ziyad Kərimovla birlikdə babası Bayram Kərimova məxsus həyətə gəlib.

Ziyad Kərimov həmin həyətdə su yelləncəyindən su vurarkən uşaq nəzarətsiz qalıb və bu zaman P.Kərimov yaxınlıqda olan su motoruna gələn elektrik naqilinin qurğuya birləşən hissəsinə toxunaraq naqili əli ilə sıxıb.

Hadisə nəticəsində P.Kərimovu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci( ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbər