Xırdalanda ana və qızının oğurluğu anbaan kamerada


Digərləri 30 İyl 2018 12:09:00 286 0

Xırdalanda ana və qızının oğurluğu anbaan kamerada

Xırdalanda film kimi oğurluq kameraya düşüb. 

Son.az-a müraciət edən Rumiyyə adlı qadın həyatlarının təhlükədə olduğunu bildirib. Ana-bala olduğu iddia edilən iki qadının "peşəkar" oğurluqları qapıya yerləşdirilən kamera vasitəsi ilə anbaan qeydə alınıb.

Zərərçəkən polisin məsələni araşdırmaqdan imtina etdiyini bildirib:

"2 gün əvvəl axşam saat 9-da bizim hamımız evdə ola-ola mənzilin qapısının yanındakı şkafı açıb, oğurluq etdi 2 nəfər. Bəlkə də ana-bala idi. Polisə məlumat verilib.

Lakin maddi zərər azdır deyib, polis işlə maraqlanmır. Gözləyirik hələ polisin gəlməyini.

Əllərinə, sadəcə, drel keçib, onu aparıblar. Əlimizdə videogörüntülər var.


Xəbərə aid fotolar