Kişi doğulub qadın kimi yaşayan 10 məşhur FOTO


Digərləri 30 İyl 2018 11:58:00 296 0

Kişi doğulub qadın kimi yaşayan 10 məşhur  FOTO

Kanada gözəlinin cinsiyyətini dəyişdiyi ortaya çıxandan sonra isə yarışdan uzaqlaşdırılıb

Dünyada cinsiyyətini dəyişdirən insanların sayı hər il artır. İnsanlar doğulduqları kimi deyil, arzu etdikləri kimi yaşamaq istəyirlər. Cinsiyyətini dəyişən insanların ortaya qoyduqları arqumentlər hər nə qədər qəbul olunmaz olsa da, bu gün elmi və tibbi cəhətdən bu prosedurlar heç də mümkünsüz hesab olunmur.

Son.az publika.az-a istinadla sizə kişi olaraq doğulub qadın kimi yaşayan 10 məşhur haqqında maraqlı faktları təqdim edir:

Sözsüz ki, cinsiyyətin dəyişdirilməsi dedikdə ağıla ilk olaraq türk müğənnisi Bülənt Ərsoy gəlir. Amma o, sadalanan 10-a daxil deyil. Jenna Talackova ölkəsini "Dünya gözəli" yarışmasında təmsil etmək üçün onlarla qadın arasından seçilib. .

1. Andrea Pejik moda dünyasının ən önəmli simalarından biridir. Karyerasına kişi olaraq başlasa da, cinsiyyətini dəyişib qadın olmağa qərar verib. Bir çox firmaların geyimlərinin reklam çəkilişlərini aparan model, xüsusilə qadın alt paltarlarının reklamına çəkilib.

2. Çinin ən gənc aktrisalarından olan Çen Lilinin cinsiyyətini dəyişdirməsi rəsmi olaraq qeydə alınıb. O, rəsmi olaraq cinsiyyət dəyişikliyi qəbul olunan və yeni şəxsiyyət vəsiqəsi alan ilk şəxs hesab olunur.

3. Dünyada Lea Tini tanımayan yoxdur. Braziliyalı futbolçunun oğlu olaraq dünyaya gələn Lea özünü hər zaman qadın kimi hiss edib. Atasından fərqli olaraq futbola deyil modelliyə meyl edən Lea dünyanın ən məşhur modellərindən biridir.

4. Əslən Meksikalı olan bu gözəl də dünyaya kişi olaraq gəlib. Miriam Rivera teleaparıcıdır. Hazırda İspaniyada yaşayan gözəlçə cinsiyyətini dəyişmək istədiyinə hələ 4 yaşında qərar verib. Hazırda da telekanalda çalışan Riveraya bu qərarlarında anası dəstək olub.


Xəbərə aid fotolar