Ağdaşda evdən 5 min manat oğurluq edən şəxs tutulub


Digərləri 30 İyl 2018 11:51:29 212 0

Ağdaşda evdən 5 min manat oğurluq edən şəxs tutulub

İyulun 28-də Ağdaş rayon sakini N.Ə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək onun evindən 5 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Bakı. İyulun 28-də Ağdaş rayon sakini N.Ə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək onun evindən 5 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib.