ABŞda meşə yanğınları 6 nəfərin ölümünə səbəb olub, 7 nəfər itkin düşüb


Dünya 30 İyl 2018 08:40:00 305 0

ABŞda meşə yanğınları 6 nəfərin ölümünə səbəb olub, 7 nəfər itkin düşüb

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 7 nəfər itkin düşüb.

Son.az APA-ya istinadən bildirir ki, bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

Kaliforniya ştatının Şasta dairəsində alov 500 yaşayış evini məhv edib, 75 evə ziyan vurub. Ümumilikdə yanğın 19,5 min hektar sahəni əhatə edib, ətraf ərazilərdən 38 min insan təxliyə olunub.